Yüklənilir...

Hər növ mal və xidmətlərin satışından yaranmış və ya yaranacaq tələblərin Faktora güzəşt edilməsi müqabilində baş tutan maliyyələşdirmə üsuludur.

Faktorinq 3 əsas funksiyanı həyata keçirir:

  • Zəmanət Funksiyası- Faktorinq borclu tərəfin ödəməmə riskini öz üzərinə götürərək, satıcı şirkətin müddətli satışlarından yaranan ödənişləri sığorta etmiş olur. Şirkətlər bu funksiya sayəsində yeni müştəri qazanma və yeni bazarlara daha risksiz girmə imkanı əldə etmiş olurlar.
  • Yığım (Kollektor) Funksiyası- Faktorinq şirkətlər özünə həvalə edilən alacaqları təqib etmə funksiyasını yerinə yetirməklə , şirkətləri vaxt və əlavə işçi xərcindən qurtarmış olurlar.
  • Maliyyələşmə Funksiyası- Bu funksiya sayəsində şirkətlər alacaqlarını vaxtından əvvəl təmin etməklə, nağd pul ehtiyaclarını qarşılamış olurlar.

cognitive technology finance

Risklərin Bölüşdürülməsi Baxımından Faktorinqin 2 növü vardır:

1. Reqress hüququ olan faktorinq əməliyyatlarında faktorinq şirkəti, səbəbindən asılı olmayaraq borclunun ödəmələrdən imtina etdiyi halda, müştəridən alınmış borc öhdəliklərini ona qaytarmaq hüququ vardır.

2. Reqress hüququ olmayan faktorinq əməmliyyatların da isə borclu tərəfindən yarana biləcək ödəmələr riskini faktorinq şirkəti bütövlükdə öz üzərinə götürür. Belə öhdəliyin qəbul olunması o zaman mümkündür ki, bu hal əvvəlcədən aparılan təhlillər zamanı baxılmış olsun və qarşılıqlı razılaşma əsasında müqaviləyə daxil olsun.