Ölkənin ilk müstəqil faktorinq şirkətiyik

98%

məmnun partnyor

3K+

mağaza sayı

200K+

müştəri sayı

1500+

partnyor sayı

2017-ci ildən fəaliyyət göstərən “Ferrum Capital” ölkənin ilk müstəqil faktorinq şirkətidir. Məqsədimiz faktorinq xidməti sayəsində sahibkarlara maliyyə dəstəyi göstərməkdir. Faktorinq xidməti ilə siz həm müştərilərinizə sərfəli ödəmə üsulları təqdim edə, həm də problemsiz maliyyə dövriyyəsini təmin edə bilərsiniz. Sayı 1500-ü keçən partnyor sayımız hər gün daha da artır.

Əməkdaşlıq etdiyimiz tikinti, geyim, avtomobil, istehsalat və həmçinin digər xidmət sahələri ilə 200 mindən çox müştəriyə hər gün arzularını reallaşdırmağa kömək edirik. Bizim üçün müştəri məmnuniyyəti əsas dəyər olaraq qalır. Belə ki, keçirdiyimiz sorğulara əsasən, partnyorlarımızın məmnunluq göstəricisi 98 %-dir. Hər zaman sahibkarların və istehlakçıların yanında olan “Ferrum Capital” sizinlə əməkdaşlıq etməyə hazırdır.

Gəlin birlikdə böyüyək!

Mediada biz

Kəşf edin

Bloq yazıları

Digər yazılarımız

Tez-tez soruşulan suallar

Faktorinq nədir?

Faktorinq hər növ məhsul və xidmətlərin satışından yaranmış tələb hüququnun faktora güzəşt edilməsi müqabilində baş tutan maliyyələşdirmə üsuludur.

Ödənişlərim haqqında məlumatı haradan ala bilərəm?

Müştəri kabinetinə daxil olub ödəmə və limitləriniz barədə məlumat əldə edə bilərsiniz.

“Momento” məhsulunu əldə etmək üçün hara yaxınlaşmaq lazımdır?

Evdən, iş yerindən, yoldan - fərq etməz, 7/24 “Momento” məhsulunu əldə etmək üçün müraciət edə bilərsiniz.

Mənim mağazam yoxdur, satışı onlayn olaraq veb-sayt üzərindən həyata keçirirəm, sizinlə partnyor ola bilərəmmi?

Əlbəttə ki, onlayn alış-veriş saytları da “Ferrum Capital”la partnyor olaraq məhsullarını hissə-hissə ödənişlə sata bilərlər.

Mən diş həkimiyəm, faktorinqdən necə faydalana bilərəm?

Siz öz xidmətinizi, yəni stomatoloji xidmətləri müştərilərinizə hissə-hissə ödənişlə təklif edə və alacağınızı bizdən dərhal əldə edə bilərsiniz.

Müştəri faktorinqindən istifadə etmişəm, ödənişimi necə etməliyəm?

Ödənişinizi istənilən “eManat”, “MilliÖn”, “ExpressPay” terminalları və ya “Hesab.az” onlayn ödəniş portalı vasitəsilə edə bilərsiniz.

Partnyor faktorinqinə müraciət edərkən məndən hansı sənədlər tələb olunacaq?

Əgər fiziki şəxssinizsə, VÖEN, şəxsiyyət vəsiqəsi, mağaza və ya satış nöqtələrinin icarə müqaviləsi və bank rekvizitləriniz tələb olunur. Hüquqi şəxs olsanız, əlavə olaraq reyestrdən çıxarış və nizamnamə təqdim etməlisiniz.

Niyə bank krediti deyil, faktorinqi seçməliyəm?

Faktorinqə müraciət etdikdə sənəd toplamaq, hesabat hazırlamaq kimi uzun və yorucu proseslərdən azad olursunuz. Bu xidmətdən yararlanmaq üçün alacağınızı təsdiq edən sənədləri təqdim etməyiniz kifayətdir.

Faktorinqin hansı faydaları var?

Faktorinq xidməti sizin alacaqlarınızı vaxtından əvvəl nağda çevirməklə risklərinizin azaldılması və xərclərinizin optimallaşdırılmasında sizə yardımçı olacaq.