B2B Faktorinq əməliyyatı prosesi necə həyata keçirilir?
1. Şirkətiniz üçün birlikdə iş həcminə uyğun limit təyin edilir.
2. Tərəflər arasında razılaşdırılmış şərtə uyğun Faktorinq müqaviləsi bağlanır.
3. Mal/xidmət satışını təsdiq etmək üçün bağlanan, malların satılması, işlər görülməsi və xidmətlər göstərilməsi üçün nəzərdə tutulan müqavilə əsasında satış həyata keçirilir.
4. İnvoys, qaimə və təhvil-təslim sənədləri Ferrum Kapital-a göndərilir.
5. Tələbinizə uyğun razılaşdırılmış şərtlər əsasında məbləğ hesaba köçürülür.
B2C Faktorinq əməliyyatı prosesi necə həyata keçirilir?
1. Alıcı (istehlakçı) məhsulu əldə etmək üçün faktorinq şirkətinin partnyoru olan şirkətə (mağazaya) yaxınlaşır.
2. Faktorinq mütəxəssisləri tərəfindən alıcının ödəmə qabiliyyəti təhlil edilir.
3. Alıcının ödəmə qabiliyyəti təsdiq olunduqdan sonra “Nisyə alqı-satqı müqaviləsi” bağlanır və satış həyata keçirilir.
4. Tələbin güzəşti əsasında təyin olunmuş məbləğ partnyorun hesabına köçürülür.
5. Alıcı müqavilə əsasında müəyyən olunmuş qrafik üzrə ödənişləri faktorinq şirkətinə edir.
Faktorinq xidmətinin faydaları nələrdir?
1. Nağd pul sahibkarlara qərar vermə anında əlavə güc və sürət qazandırma bacarığına sahibdir.
2. Nağd pulun zamanında əlinizdə olması sizə erkən ödəmə ilə təchizatçıların endirim təkliflərindən yararlanmaq fürsəti və daha yüksək marja ilə satış imkanı yaradacaqdır.
3. Nağd pul olması hər zaman mal alışlarında alternativ təchizatçı olması fürsətini və maliyyəti düşürmə imkanı yaradacaqdır.
4. Nağd pul hər zaman məhsul çeşidinizi yeniləmənizdə sizə yardımçı olacaqdır.
5. Nağd pul sayəsində şirkətlərin bazarda rəqabət güclərinin artması ilə yanaşı yeni fürsətləri görmə imkanı da yüksələcəkdir.
6. Nağd pul axışınızın düzgün tənzimlənməsi kredit və borclarınızı stabil idarə etmənizdə yardımçı olacaqdır.
7. Nağd pul axışı sayəsində balansdakı likvidlik nisbəti yüksələcəkdir.
Fəaliyyət istiqamətləri
Ferrum Kapital fəaliyyət istiqamətləri və əməkdaşlıq etdiyi şirkətlərin əhatəsini daim genişləndirməkdədir.
Bunlara səhiyyə, turizm, müxtəlif xidmət və satış sahələri, distributor və diller şirkətləri aiddir.
Ferrum Kapital öz partnyorlarının iş prinsiplərini və saatlarını nəzərə alaraq bayram günləri də daxil olmaqla həftənin 7 günü öz xidmətlərini təqdim etməkdədir.