Yüklənilir...

                

Nağd Pulun Şirkətlər üçün önəmi və Faktorinqin əhəmiyyəti:

       

     Nağd pul :

 •  Şirkət sahiblərinə qərar vermə anında əlavə güc və sürət qazandırma bacarığına sahibdir.

 •  Zamanında əlinizdə olarsa sizə erkən ödəmə ilə təhçizatçıların endirim təkliflərindən yararlanmaq fürsəti və daha yüksək marja ilə satış imkanı yaradacaqdır. 

  • Hər zaman mal alışlarında alternativ təhçizatçı olması fürsətini və maliyyəti düşürmə imkanı yaradacadır.

 • Məhsul çeşidinizi yeniləmizdə təsir göstərəcəkdir.

 • Şirkətlərin bazarda rəqabət güclərinin artması ilə yanaşı, yeni fürsətləri görmə imkanı da yüksəldəcəkdir.

 • Pul axışınızın düzgün tənzimlənməsi kredit və borclarınızı stabil idarə etmənizdə yardımçı olacaqdır. 

•  Balansdakı likvidlik nisbəti yüksələcəkdir.


Şirkətlərin vacib riskləri və Faktorinqin əhəmiyyəti:

Maliyyə Riskləri:

Şirkətlərin maliyyə pozisiyalarından və seçimlərindən dolayı yarana biləcək riskləri əhatə etməkdədir. Bu risklərə əsasən valyuta , borc və kreditlərdə faiz riskləri və qiymət qoyma siyasətinin doğura biləcəyi risklər daxildir. Əlavə olaraq bir malın idxal edən tərəfindən xarici valyuta ilə alınıb dəyişkən qiymətlə,yerli bazarda manatla satılması və sabit qiymətdən satılmasından yarana biləcək risklər də bura aiddir.

Əməliyyat Riskləri:

Nisyə satışlara nəzarət, səhv və ya boşluqlardan dolayı yarana biləcək risklər, vaxt çatışmazlığı müştərinin düzgün analiz edilməməsi,texniki bazanın təqib üçün yetərsiz olması səbəbləri şirkətləri birbaşa nisyə satış etmələrində risk yaradan amillərdir.

Marka və Etibarın Saxlanılması Riski:

Nisyə satışlardan sonra yarana biləcək münaqişələrədən dolayı məhsulun dəyərdən düşməsi və etibarın zədələnməsi , mal və ya xidmətə olan tələbin azalması, uzun müddətli ticari əlaqələrin zərər görməsi riski.

Xarici Mühit Riskləri:

Şirkətlərin öz əlləri ilə idarə edə bilmədikləri və təsir göstərə biləmdikləri risklər ( təbii fəlakətlər, iqtisadi dəyişikliklər o cümlədən infilyasiya və devalvasiya, qanunvericilikdə baş verə biləcək dəyişikliklər ) hər zaman xüsusən nisyə satışlar zamanı və gələcəyə doğru planlama edilmədiyi zaman idarə edilməsində çətinliklər törətməkdədir.


Şirkətələrin xərclərinin düzgün idarə edilməsi və Faktorinqin əhəmiyyəti:

Büdcə planlanması:

Əsas etibarilə Büdcə planlaması şirkətlər üçün önəmli yol göstərici vasitədir, şirkətlər öz inkişaf planlarının təyin olunması və nəticələrin ölçülməsində bundan geniş istifadə etməkdədirlər. Büdcə planlaması əslində iş faəliyyətini asanlaşdırmaq və sahibkarın gələcəkdə “sürpriz”lərlə qarşılaşmasının qarşısını almaqla yanaşı gələcəyi daha aydın görməkdə yardımçı olmaqdadır.

Mühasibatlıq xərclərinin və əlavə işçi qüvvəsi xərcinin azaldılması:

Müştərilərin ödəmə qabiliyyətlərinin təhlil edilməsi, müştərilərin ödənişlərinin təqibi və qəbulu ,sistem üzrə izlənilməsi, mühasibatlığın yükünü artırmaqla bərabər əlavə işçi qüvvəsinə də tələb yaratmaqdadır.

Hər növ mal və xidmətlərin satışından yaranmış və ya yaranacaq tələblərin Faktora güzəşt edilməsi müqabilində baş tutan maliyyələşdirmə üsuludur.

Faktorinq 3 əsas funksiyanı həyata keçirir:

  • Zəmanət Funksiyası- Faktorinq borclu tərəfin ödəməmə riskini öz üzərinə götürərək, satıcı şirkətin müddətli satışlarından yaranan ödənişləri sığorta etmiş olur. Şirkətlər bu funksiya sayəsində yeni müştəri qazanma və yeni bazarlara daha risksiz girmə imkanı əldə etmiş olurlar.
  • Yığım (Kollektor) Funksiyası- Faktorinq şirkətlər özünə həvalə edilən alacaqları təqib etmə funksiyasını yerinə yetirməklə , şirkətləri vaxt və əlavə işçi xərcindən qurtarmış olurlar.
  • Maliyyələşmə Funksiyası- Bu funksiya sayəsində şirkətlər alacaqlarını vaxtından əvvəl təmin etməklə, nağd pul ehtiyaclarını qarşılamış olurlar.

cognitive technology finance

Risklərin Bölüşdürülməsi Baxımından Faktorinqin 2 növü vardır:

1. Reqress hüququ olan faktorinq əməliyyatlarında faktorinq şirkəti, səbəbindən asılı olmayaraq borclunun ödəmələrdən imtina etdiyi halda, müştəridən alınmış borc öhdəliklərini ona qaytarmaq hüququ vardır.

2. Reqress hüququ olmayan faktorinq əməmliyyatların da isə borclu tərəfindən yarana biləcək ödəmələr riskini faktorinq şirkəti bütövlükdə öz üzərinə götürür. Belə öhdəliyin qəbul olunması o zaman mümkündür ki, bu hal əvvəlcədən aparılan təhlillər zamanı baxılmış olsun və qarşılıqlı razılaşma əsasında müqaviləyə daxil olsun.