Search here:

İşə qəbul prosesimiz aşağıda qeyd olunan 4 mərhələdən ibarətdir.

  • Vakansiyaya müraciət
  • Test mərhələsi
  • İnsan Resursları departamenti ilə müsahibə
  • Müvafiq şöbənin nümayəndəsi ilə müsahibə

Namizədə tövsiyələr

İlkin mərhələdə Sizə uyğun gələn vakansiyanı seçib adını mövzu hissəsində qeyd edərək hr@ferrumcapital.az mail ünvanına CV-nizi göndərirsiniz.
Bir neçə vakansiyaya ardıcıl olaraq CV göndərməyiniz sizin barənizdə işəgötürəndə qərarsız namizəd fikri formalaşdırır.

Çalışın test və müsahibə mərhələsinə gecikməyəsiniz. Əgər Sizdən asılı olmayan səbəbdən müsahibəyə gecikirsinizsə, zəng edərək bu barədə işəgötürəni məlumatlandırın.

Müsahibəyə gələrkən geyim seçimində diqqətli olmağınız sizin barənizdə işəgötürəndə müsbət fikir formalaşdıracaqdır.

Şirkət və onun ən son gördüyü işlər haqqında ətraflı məlumat əldə etməyə çalışın.

Hər hansı bir sualınız yaranarsa, işəgötürənə müraciət etməkdən çəkinməyin.

Son olaraq, nə istədiyinizdən əmin olun və özünüzə güvənin.