Search here:

Azərbaycanın ilk müstəqil faktorinq şirkəti “Ferrum Capital” MMC karyerasına ilk addım atmaq istəyən namizədlər üçün təcrübə proqramı elan edir. Hazırda şirkətimizdə müxtəlif istiqamətlər üzrə təcrübə proqramları mövcuddur. Təcrübə müddəti maksimum 3 aydır.
Təcrübə proqramı ərzində siz ixtisaslı və təcrübəli əməkdaşlarla birgə çalışaraq nəzəri və praktiki biliklər qazanmaq, əsl komanda ruhu ilə tanış olmaq, öz potensialınızı kəşf etmək və bacarıqlarınızı inkişaf etdirmək fürsəti əldə edəcəksiniz.