Partnyor faktorinqi

Partnyor faktorinqi pərakəndə satış sektorları, eləcə də xidmət sahələrinin alıcılarına hissə-hissə ödəniş imkanı tanıyan, innovativ həllərimizdən istifadə edərək satış dövriyyənizi elə öz mağazanızda və onlayn formada asanlıqla artırmağınıza kömək edən unikal bir maliyyəşmə üsuludur.

Müraciət edin

Çalışdığımız partnyorlar

Çalışdığımız partnyorlar siyahısından istədiyiniz məhsulu seçin və sərfəli şərtlərlə alın.

Bütün partnyorlar

Fəaliyyət sahələrimiz

Avtomobil ehtiyat hissəsindən geyim sahəsinə, klinikadan mebel təchizatı sahəsinədək müxtəlif sahələr üzrə maliyyə dəstəyi ilə hər gün partnyor şəbəkəmizi genişləndiririk.

Kəşf edin
Avtomobil ehtiyat hissələri
200+
Mebel və məişət
350+
Geyim
100+
Digər
650+
7/24 dəstək xidməti

Müştərilərinizə uyğun ödəniş üsulları təklif etməyinizə kömək edirik və beləcə rəqiblərinizdən bir addım önə keçirsiniz.

Rəqəmsal həllər

E-imza texnologiyamız vasitəsilə müştəriniz müqaviləni onlayn imzalayaraq satış prosesini evdən çıxmadan tamamlamış olur.

Asan maliyyə axını

Müraciət təsdiqləndikdən 48 saat ərzində pul sizin hesabınıza daxil olur.

Çevik reaksiya

Müraciət anketini doldurmaq sadəcə 5 dəqiqə vaxt alır və qərar sürətli şəkildə verilir.

Üstünlüklər

Faktorinq xidməti sayəsində biznesinizi dayanıqlı maliyyə axını ilə təmin edərkən, həm də bir sıra üstünlüklər əldə edirsiniz.

Bütün partnyor həlləri bir pəncərədə

Partnyorumuz olduqda onlayn hesabınızla 7/24 faktorinq müraciətlərinizə, ödənişlərinizə və satışlarınıza nəzarət edə bilərsiniz. Bununla belə əlavə köməyə ehtiyacınız varsa, hər zaman mehriban Müştəri Xidmətləri qrupumuza zəng edə bilərsiniz.

Partnyorlarımıza uyğun satış həlləri

Biz müştərilərimizə innovativ maliyyə həlləri təqdim etməklə tanınırıq və bu inamı qorumaq üçün hər gün daha da çox çalışırıq. Bu, sadəcə söz deyil, biznesimizin mahiyyətini dəstəkləyən əsas dəyərdir.

Faizsiz və komissiyasız təkliflər

Məhsullarınızı faizsiz, komissiyasız və hissəli ödəniş şərtlərilə satın və dövriyyənizi artırın.

Özəl kampaniya təklifləri

Özəl kampaniya və hədiyyə təkliflərinizlə rəqiblərinizdən bir addım önə çıxın.

”Fast” balansı əldə edin

Balans sayəsində məhsullarınızı hissə-hissə ödənişlə satın və müştəri məmnuniyyətini qoruyun.

Təkrar müştərilər üçün zaminli həll

Təkrar müştərilər üçün üstünlüklərdən yararlanın və müştəri loyallığını qoruyun.

Partnyorumuz olun

Müştərilərinizə sadə sənədləşmə yolu ilə hissəli ödəniş şərtləri təklif edərkən, həm də daha çox məhsul və ya xidmətlər satın və işinizi daha sürətli böyüdün. Əmin olun ki, müraciət mərhələsindən başlayaraq birinci dərəcəli xidmətimizə güvənə bilərsiniz.

Müraciət edin