25.08.2022

Faktorinq, yoxsa bank krediti?

     Sahibkarsınızsa, nağd vəsait axışınız davamlı olmalıdır. Kreditlə məhsul satırsınızsa, o zaman nağd vəsaitin önəmi birə-beş artır. Belə hallarda adətən, iki seçimimiz olur:

  1. Bankdan kredit almaq;
  2. Faktorinq xidmətindən istifadə etmək.

     Kiçik biznes kreditləri adətən biznes sahibinin ağlına ilk gələn şeydir, lakin çoxlu təsdiq məsələləri, tələb olunan sənədlərin sayı və yüksək faiz dərəcələri səbəbindən heç də hər zaman ən optimal həll yolu olmur. Faktorinq və bank kreditlərini qarşı-qarşıya qoysaq, faktorinq belə vəziyyətlər üçün əvəzedilməzdir.

     Faktorinq borclanmaq deyil. Faktorinq borclanmaq deyil, borcları üçüncü şirkətə satmaqdır. Məsələn, biz bankdan kredit almaq istədikdə əlavə faiz ödəyirik. Bank öz pulunu müəyyən müddət müqabilində borca verir və əvəzində məbləğdən asılı olaraq müvafiq faiz tətbiq edir. Bu, bir növ bahalı bir borcdur. Faktorinq xidməti isə sizi nağd vəsaitlə təmin edərkən bunu borc olaraq verib əlavə faiz tətbiq etmir. Sadəcə siz öz hesab fakturalarınızı faktorinq şirkətinə satırsınız və məbləğin 80%-dək hissəsini nağd olaraq alırsınız.

     Sürətli maliyələşmə. Əvvəla, faktorinq prosesi çox sürətli və asandır. Siz ərizə dolduran kimi və faktura təsdiqləndikdən sonra faktorinq şirkəti cəmi 48 saat ərzində vəsaiti bank hesabınıza köçürür. Beləcə siz nağd pul axınını davamlı olaraq nəzarətdə saxlayırsınız. Bank kreditində isə bəzən kiçik bir məbləğ üçün həftələrlə gözləyirik. Qərar qəbulu üçün həftələrlə gözləmək istənilən biznes üçün vəziyyəti daha da ağırlaşdıra bilər. Biznesdə vaxt pul deməkdir.

     Sadə sənədləşmə. Bankdan kredit aldığınız zaman əsas məsələlərdən biri kredit tarixçənizdir. Faktorinq xidmətindən istifadə etmək üçün kredit tarixçənizə sərt qaydalar tətbiq edilmir. Sadə sənədləşmə - yəni, Soft təhlil prosesi sizə həm vaxt qazandırır, həm də maliyyə təchizatı üçün şansınızı artırır.

     Sizə özəl həllər. Ölkənin ilk müstəqil faktorinq şirkəti olan “Ferrum Capital” hər zaman sahibkarların yanındadır. Faktorinq xidmətindən istifadə etmək üçün sadəcə müraciət etməyiniz kifayətdir. Müraciət edin, dəyərləndirək, razılaşaq. Gəlin birlikdə böyüyək. Siz də şirkətinizin alacaqlarını Azərbaycanın ilk müstəqil faktorinq şirkəti olan "Ferrum Capital"la nağd pula çevirə və xalis dövriyyə kapitalınızı artıra bilərsiniz.

Sahibkarsınızsa, nağd vəsait axışınız davamlı olmalıdır. Kreditlə məhsul satırsınızsa, o zaman nağd vəsaitin önəmi birə-beş artır.

Resurslar

Kəşf et