29.08.2022

Azərbaycanda yeni kapital şirkəti yaradılıb.

"Marja" xəbər verir ki, yeni şirkət "Ferrum Capital" MMC adlanır.

Şirkət bu ilin sentyabr ayında dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 1000 manatdır. 

Şirkətin qanuni təmsilçisi Emin Əlibalayevdir. Şirkətin hüquqi ünvanı Bakı şəhəri, Xocalı pr. 37-dir.

Şirkətdən "Marja"ya ətraflı məlumatın veriləcəyi bildirilib. 

Hazırda "Ferrum Capital" risklərin idarə olunması üzrə menecer axtarır. İş barədə məlumatda bildirilir ki, mütəxəssis, kredit riskləri ilə bağlı daxil olan sorğuların cavablandırılması, biznes proseslərin monitorinqinin keçirilməsi, maliyyə analizlərinin təhlili və risk baxımından qiymətləndirilməsi, analitik hesabatların hazırlanması, kredit risklərinin idarəedilməsi üzrə beynəlxalq təcrübənin öyrənilməsi və təhlillərdə tətbiqi ilə məşğul olacaqdır.

Resurslar

Kəşf et